Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası ilə bağlı yeni qaydalar müəyyən edilir

Bakı. Trend:

Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası ilə
bağlı yeni qaydalar müəyyən edilir.

Trend-in məlumatına görə, “Siyasi partiyalar haqqında” qanun
layihəsinin yenilənmiş variantında qeyd ediilir ki, siyasi partiya
fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar
(fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi
partiyanın qurultayı tərəfindən qəbul olunur.

Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya
qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın
fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir
və (və ya) yayımlayır.

Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) bu Qanunun 7.3.3-cü (normativ hüquqi aktların
pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə
siyasi partiyaya yazılı xəbərdarlıq edir.) və 7.4-cü (Bu Qanunun
7.2-ci maddəsi çərçivəsində görülmüş tədbirlər nəticəsində normativ
hüquqi aktların və siyasi partiyanın nizamnaməsinin pozulması halı
(bu Qanunun 4.3-cü maddəsinin, həmçinin fəaliyyəti dayandırılmış
siyasi partiya tərəfindən bu Qanunun 4.13-cü maddəsinin birinci
cümləsinin pozulması halı, habelə dövlət qeydiyyatına alınmış
siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halı istisna
olmaqla) müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) siyasi partiyaya yazılı xəbərdarlıq
edir. ) maddələrinə uyğun olaraq müəyyən etdiyi pozuntuları
xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə
məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında
apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə
dayandırıla bilər.

Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə
apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə
qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi
partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada
dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul
edildiyi tarixdən, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi
tarixdən dayandırılmış hesab olunur.

Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun
orqanlarının və struktur qurumlarının nizamnaməsində nəzərdə
tutulmuş səlahiyyət müddətlərinin axımı dayandırılır.

Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş halda siyasi
partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra
siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir