Suriyadan Türkiyə ərazisinə daha üç raket atılıb

Bakı. Trend:

Türkiyənin cənubundakı Kilis vilayətinin Öncüpınar qəsəbəsinə
Suriya ərazisindən 3 raket atılıb.

Trend bu barədə
bu gün Türkiyə KİV-lərinə istinadən məlumat verir.

İnsident nəticəsində insan itkisi qeydə alınmayıb.

Qeyd edək ki, ötən gün də bu bölgəyə raket zərbəsi endirilmiş, 8
nəfər yaralanmışdı.

Bu gün isə Qazinatepin Karkamış şəhərinə 5 raket atılıb,
nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir