Türkiyə mikroavtobusun iştirakı ilə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Türkiyənin Amasya əyalətində teatr aktyorlarını daşıyan
mikroavtobus yük maşını ilə toqquşub.

Trend bazar ertəsi Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,
qəza nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar hadisə yerinə cəlb edilən təcili
yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir