Türkiyənin İzmir limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İzmir limanı 5
milyon 749 min 614 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İzmir limanından Türkiyə
bayrağı altında üzən gəmilərlə 278 min 221 ton, digər ölkələrin
bayraqları altında üzən gəmilərlə isə 5 milyon 471 min 393 ton yük
daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İzmir
limanından 4 min 793 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə
limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında
gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib.
Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında
Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük
daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir