VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini 13 faizə endirib

Bakı. Trend:

VTB (Azərbaycan) 13 illik yubileyi münasibətilə nağd pul
kreditləri üçün şərtləri yaxşılaşdıraraq, faiz dərəcəsini 0,99 faiz
bəndi – 13%-ə qədər azaldır.

VTB (Azərbaycan)-dan istehlak krediti 300 manatdan 40 000
manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Yenidən
maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir
neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin
əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız
şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu
təsdiq edən sənədlər, habelə zamin tələb olunmur. Minimal faiz
dərəcəsi – 13% – noyabrın 21-dən 25-dək keçərli olacaq.

İstehlak kreditləri əhali arasında ən populyar məhsullardan
biridir. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 27%
artaraq 2022-ci ilin oktyabr ayının sonunda 68 milyon manat təşkil
edib.

“Bu il Azərbaycanda VTB müştəriləri tənzimləyicinin əsas faiz
dərəcəsinin artırılmasına baxmayaraq, sabit kredit aktivliyini
qoruyub saxlayır. On ay ərzində borcalanlar tərəfindən 40 milyon
manatdan artıq məbləğdə 8 mindən çox nağd pul krediti verilib ki,
bu da artıq ötən ilin müvafiq dövrünün göstəricilərini üstələyir.
Əhalinin Yeni il qabağı ənənəvi fəallığı və kreditləşmə şərtlərinin
yaxşılaşması hesabına dördüncü rübdə artım templərinin artacağını
gözləyirik. Müştərilərin bayramqabağı alış-verişə əvvəlcədən
hazırlaşa bilmələri üçün noyabr ayından biz onlar üçün kreditlər
üzrə endirimli tarifə başlayırıq – cəmi 13%”, – deyə, VTB
(Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı
Departamentinin direktoru Yevgeni Borodin bildirib.

Kredit üçün müraciət etmiş müştərilər kredit lotereyasında da
iştirak edə və burada dəyərli hədiyyələr qazana bilərlər.
Xatırladaq ki, lotereyanın ikinci tirajı noyabrın 28-də
keçiriləcək.

Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa
nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz.
Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün
əlverişli olan istənilən ünvana çatdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir