Yanvar-oktyabr aylarında pensiya ödənişi 270 milyon manat artıb

Bakı. Trend:

Yanvar-oktyabr aylarında pensiyaların ödənişinə 270 mln. manat
çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sosial
təminat sisteminin mühüm komponenti olan pensiya təminatının
gücləndirilməsi tədbirləri 2022-ci ildə də davam edib.

Bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki
ilin müvafiq dövrünə nisbətən7 faiz və ya 270 mln. manat çox
olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən yeni sosial islahat
paketinin tərkib hissəsi kimi, minimum pensiya 20 faiz artırılaraq
240 manata çatdırılıb.

Pensiyaların növbəti dəfə indeksasiya nəticəsində artırılması
təmin edilib, pensiya alanlara 2022-ci ilin əvvəlindən bu il üzrə
200 manat maddi yardım (hər rüb 50 manat olmaqla), qulluq stajına
görə əlavələr alan pensiyaçılara da 2022-ci ilin əvvəlindən
pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilir. 1,2 mln.
nəfər pensiyaçını əhatə edən bu artımlar üçün əlavə olaraq illik
440 mln. manat vəsait ayrılıb.

Pensiyaların proaktiv qaydada təyinatı prosesi davam edib: 10
ayda 21 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada
aparılıb. Pensiyaların proaktiv təyinatı mexanizmi tətbiq olunduğu
2019-cu ilin əvvəlindən isə 69 min şəxsə pensiya e-qaydada proaktiv
şəkildə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir