Yelo Bank-dan planlarınız üçün 50000 AZN-dək kredit (R)

Bakı. Trend:

Qarşıda endirimli alış-veriş günləri və Yeni il gəlir. Yelo Bank
planlarınızı həyata keçirməyə dəstək olmaqla bərabər, sizə sərfəli
şərtlərlə istehlak krediti təklif edir. Yelo Bank-da istehlak
kreditinin maksimal məbləği 50 000 AZN-dir. Kreditin illik faizi
13%-dən başlayır, maksimal müddəti isə 48 aydır. Bu təklif təxirə
saldığınız planları həyata keçirmək üçün əsl fürsətdir! Kredit
təcili lazımdır? Bank filialına gəlib, növbədə vaxt itirməkdənsə,
istehlak kreditini Yelo App vasitəsilə onlayn sifariş edə
bilərsiniz. Tətbiqdən sifarişin əsas üstünlüyü budur ki,
avtomatlaşdırılmış skorinq xidməti sayəsində kredit müraciətinə
insan faktoru olmadan 2 dəqiqə ərzində baxılır. Kredit vəsaitini
əldə etmək üçün də banka gəlməyə ehtiyac qalmır. Yelo kartı olmayan
müştərilərə vəsait kart şəklində ünvana çatdırılır. Yelo Bank kartı
olanlar isə kredit vəsaiti kartın hesabına köçürülmüş şəkildə əldə
edirlər. Qeyd edək ki, Bank krediti zaminsiz və komissiyasız əldə
etmək fürsəti də verir.

50000 AZN-dək kredit əldə etmək istəyirsinizsə, istənilən Yelo Bank
filialına yaxınlaşaraq və ya Yelo App yükləyib rahatlıqla sifariş
edə bilərsiniz. Yelo App ilə bundan başqa kart sifarişi, mobil
nömrə ilə köçürmə, xaricə pulköçürmə, Apple Pay, Google Pay və s.
kimi bank əməliyyatlarını da bir toxunuşla həll edə
biləcəksiniz.

Bank xidmətləri, həmçinin, kredit pul haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir