Ərdoğan PKK/YPG terrorçularına qarşı əməliyyatla bağlı yeni göstərişlər verib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi müdafiə
naziri Hulusi Akar ilə telefon danışığında YPG terrorçularına
(PKK-nın Suriya qanadı) qarşı son əməliyyatı müzakirə edib və yeni
göstərişlər verib.

Trend-in
məlumatına görə, Türkiyə ordusunun Komandanlıq Mərkəzində olan
H.Akar prezidentə davam edən əməliyyat, eləcə də qurudan və havadan
vurulan hədəflər, hazırkı fəaliyyətlər, zərərsizləşdirilən
terrorçular haqqında məlumat verib.

Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylunun sözlərinə
görə, gün ərzində terrorçular Türkiyə ərazisinə 10 raket zərbəsi
endiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir