48 marşrut xətti üzrə avtobuslar gecikir

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 48 müntəzəm marşrut xətti üzrə 132
avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr
əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi –
Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14,
18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-14 dəqiqə gecikmə
müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni
zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə
15-16 dəqiqə gecikmə müşahidə olunur.

3. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 16-17 dəqiqə
gecikmə müşahidə olunur.

4. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti
istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə
gecikmə müşahidə olunur.

5. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç,
Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125,
127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-9
dəqiqə gecikmə müşahidə olunur.

6. Babək prospekti – Şəhər istiqamətində. Bu səbəbdən də həmin
ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.

7. Afiyəddin Cəlilov küçəsi– Yusif Səfərov küçələrinin
kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə
gecikmə müşahidə olunur.

8. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2,
13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 12-13 dəqiqə gecikmə müşahidə olunur.

9. Xocalı prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev pr
istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 11-12 dəqiqə
gecikmə müşahidə olunur.

10. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində
(avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri
zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16
dəqiqə gecikmə müşahidə olunur.

11. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov
körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə
müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir