Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin
mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü
Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il
təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks
istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində
ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir