Abşeronda vətəndaş qəbulları davam etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı
göstərişlərinə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyətinin
inzibati binasında, o cümlədən Saray qəsəbəsində, Görədil və
Masazır kəndlərində keçirilən səyyar qəbullarda RİH-nin başçısı
Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət
təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər
iştirak ediblər.

Görüşlərdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində xalqımızın
qazandığı şanlı qələbədən sonra işğaldan azad edilmiş
torpaqlarımızda həyata keçirilən sürətli abadlıq-quruculuq işləri
barəsində ətraflı məlumat verib, soydaşlarımızın öz dədə-baba
yurdlarına artıq qayıtmağa başladığını qeyd edib.

Bütün ölkə ərazisində olduğu kimi Abşeron rayonunda da həyata
keçirilən infrastruktur layihələrindən danışan RİH başçısı rayonun
kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində
müvafiq addımların atıldığını və artıq bir sıra işlərin
başlanıldığını qeyd edib. Belə ki, daxili küçələrin
abadlaşdırılması və eyni zamanda işıqlandırılması istiqamətində
layihənin icrasına başlanıldığını qeyd edərək bu işlərin gələn il
də davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə
çatdırıb.

Sonra çıxış edən sakinlər məktəb və uşaq bağçalarında yaşanan
sıxlığın aradan qaldırılmasında, daxili küçələrin
işıqlandırılmasında və abadlaşdırılmasında, tibb məntəqələrinin
fəaliyyətinin daha da genişləndirilməsində və digər məsələlərin
həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər
yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq
tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir