Aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb

Bakı. Trend:

Aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Qeyd etdiyimiz kimi, Ermənistanda istehsal edilmiş Sarıbaba
yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri
tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də
aşkar edilib.

Aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının
komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün
əraziyə dəvət olunublar”, – deyə məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir