Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı. Trend:

Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər
rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə
tutub.

Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, bundan başqa, noyabrın 22-si saat 09:17-dən
14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri
tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və
Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə
atəşə tutulub.

Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir