Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin açılması üçün vəsait ayrılır

Bakı. Trend:

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin,
Fələstində nümayəndəliyin açılması və digər xərclərlə bağlı 2023-cü
il dövlət büdcəsindən 15,9 milyon manat vəsatin ayrılması təklif
edilir.

Trend-in məlumatına, bunu maliyyə nazirinin müavini Azər
Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun
layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik
təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə
qaydalarına uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir