“Azərenerji” payız-qış mövsümünə hazırlıq tədbirlərini başa çatdırıb

Bakı. Trend:

2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində
“Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata
keçirilib.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, ölkənin
fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının
genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan
tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma
və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə
olaraq qoyulub.

Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa,
yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı
tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri
təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib.
Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması
üzrə mühüm tədbirlər görülüb.

Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra
“Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə
yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü
ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara
alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir