Bakıda 24 min manatlıq telefon oğrusu saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının
satıldığı mağazaların birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, naməlum
şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif
markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların
dəyəri 24 min manat olub.

Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin
əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri
nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən
əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail
RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə
əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar
davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir