Bakıda “Dərnəgül” və “Koroğlu” metrostansiyaları arasında 3 yeni stansiya inşa olunacaq (ÖZƏL)

Bakı. Trend:

Bakı metropoliteni Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından
“Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın
layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.

Bu barədə bu gün Trend-ə açıqlamasında “Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
“Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq.
Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var.
Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və
zehni potensialı mövcuddur”, – Baş mühəndis deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir