Brüsseldə Avropa Jurnalistika Simpoziumu keçiriləcək – Trend agentliyi dəvət olunanlar sırasındadır

Bakı. Trend:

Noyabrın 23-də Brüsseldə “EU NEIGHBOURS east” layihəsinin təşkil
etdiyi Avropa Jurnalistika Simpoziumu (European Journalism
Symposium) start götürür.

Trend-in
məlumatına görə, bu tipli ilk böyük tədbir olan bu simpozium Avropa
İttifaqı, Cənubi Aralıq dənizi və “Şərq tərəfdaşlığı” ölkələrindən
media-menecerləri və jurnalistləri bir yerə toplayacaq.

Azərbaycan tərəfdən bu tədbirdə Trend beynəlxalq informasiya
agentliyinin baş redaktoru Emin Əliyev dəvət olunub.

Tədbirdə 25 ölkədən yüzə yaxın spiker iştirak edəcək. Avropa
Jurnalistika Simpoziumu ilk dəfə keçirilir. Təşkilatçılar tədbiri
ildə iki dəfə keçirmək və simpoziumu jurnalistlərin öz peşəkar
problemlərini ictimaiyyət, tədqiqatçılar, siyasi və iqtisadi
ekspertlər və fəallarla müzakirə edə biləcəyi məkana çevirmək
niyyətindədir.

Simpoziumun proqramına təbliğat və feyk xəbərlərə,
jurnalistikaya təhdidlərə, media savadlığına, kiberhücumlara və
mətbuat azadlığına həsr olunmuş sessiyalar daxildir. Tədbir IHECS
(Sosial kommunikasiyaların araşdırmaları institutu — École de
journalisme de Bruxelles) və Fransanın “Journalisme & Citoyenneté”
assosiasiyası tərəfindən təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir