Bu yaxınlarda Ağdamda dağıntıların necə böyük miqyasda olduğuna şahidlik etdim – Britaniya səfiri

Bakı. Trend:

Bu yaxınlarda Ağdamda səfərdə olarkən dağıntıların necə böyük
miqyasda olduğuna şahidlik etdim.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində
keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli
konfransda çıxışında Böyük Britaniyanın Azərbaycandakı səfiri
Fergus Auld deyib.

O qeyd edib ki, bu ərazilərin minalardan təmizlənməsi qayıdış
üçün vacibdir.

“Mən şadam ki, minalardan təmizlənmə prosesində ANAMA-ya dəstək
verən ilk beynəlxalq tərəfdaşlardan biri Britaniyadır”, – deyə
səfir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir