Dini ianələrin özbaşına sərf olunmasının qarşısı alınacaq – Dövlət Komitəsi

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdəki məscidlər fəaliyyətini tam
bərpa edəndən sonra ianələrlə bağlı yəqin ki, müəyyən tədbirlər
görüləcək.

Trend-in məlumatına görə,
bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, dini ianələrin özbaşına sərf olunması və
dağıdılmasının qarşısı alınacaq. Beləliklə də məqsədəuyğun şəkildə
həmin vəsaitlər istiqamətləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir