Fransa başa düşməlidir ki, Azərbaycan regionda yeni reallıq yaradıb və bütün dünya bunu qəbul edir – Tural Gəncəliyev (FOTO/VİDEO)

Bakı. Trend:

Fransa senatı anti-Azərbaycan xarakterli bir sənəd qəbul etdi.
Bu sənəd istər Fransa qanunvericiliyi baxımından, istərsə də
beynəlxalq hüquq baxımından Azərbaycana qarşı deyildi. Bu
ümumiyyətlə beynəlxalq hüququn kobudcasına pozulması demək idi

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə
açıaqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Fransa Azərbaycanın daxili işlərinə birbaşa
müdaxilə edərək, Azərbaycanın daxili məsəslərləri ilə bağlı öz
parlamnetində bir sənəd qəbul edib.

“Bu ümumiyyətlə Fransanın onsuzda korlanmaqda olan nüfuzunu
biraz da aşağı saldı. Biz Azərbaycan olaraq bu sənədi kağız parçası
hesab edirik və heç bir əhəmiyyəti yoxdur. 2020-ci ilə qədər Fransa
keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi parazitlik edərək
münaqişənin tənzimlənməsinə yox, daha çox idarə olunmasına,
nəzarətdə saxlanılmasına cəhd edirdi. Fransa iç üzünü, simasını
ortaya qoymurdu. Çünki münaqişə mövcud idi. Ermənistan Azərbaycan
torpaqlarını işğal altında saxlayırdı. Bu Fransanın strateji
maraqlarına cavab verirdi. Lakin Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi altında biz torpaqlarımızı işğaldan azad etdik.
Beləliklə də Fransanın regionda destruktiv siyasətinin qarşısını
aldıq və ədaləti bərpa etdik. Təbii ki, Fransa bundan məmnun
deyildi”, – deyə T. Gəncəliyev bildirib

Deputat vurğulayıb ki, Fransa başa düşməlidir ki, Azərbaycan
regionda yeni reallıq yaradıb və bütün dünya bunu qəbul edir.

“Fransanın son zamanlar dünyanın geosiyasi meydanında ard-arda
aldığı məğlubiyyətlər və öz revanşist istəklərini Cənubi Qafqazda
Ermənistanı maşa kimi istifadə edərək həyata keçirməsi də iflasa
uğrayacaq. Azərbaycan bu gün tək deyil. Dünyanın etibarlı
tərəfdaşlarındadır”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir