Gələn ilin dövlət büdcəsi layihəsinə dəyişikliklər təklif edilir

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsi layihəsinə ikinci oxunuşda
dəyişikliklər təklif edilir.

Trend-in məlumatına, bunu maliyyə nazirinin müavini Azər
Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun
layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31,1
mln manat azaldılması, Naxçıvan Muxtar Respublikasının öz
büdcəsinin gəlirlərinin 20 mln manat artırılması, əlavə olaraq 11,1
mln. manat Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin
saxlanmasına, 4,1 mln. manat Milli Məclisin saxlanılmasına, 15,9
mln. manat Azərbaycanın İsrail, Albaniya, Keniya və Fələstindəki
diplomatik təmsilçiliyinin zəruri xərclərinə ayrılması və
Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində xərclərinin
qarşılanması üçün nəzərə alınması tövsiyə olunur.

Nazir müavini qeyd edib ki, dəyişikliklər büdcə qaydalarına
uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir