İlon Mask il ərzində 100 milyard dollardan çox vəsait itirib

Bakı. Trend:

Dünyanın ən zəngin şəxsi olan İlon Mask 2022-ci il ərzində 100
milyard dollardan çox vəsait itirib.

Trend-in
məlumatına görə, bu barədə bu gün “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, il ərzində “Tesla” və “SpaceX” şirkətlərinin
rəhbərinin sərvəti 101 milyard dollar azalıb.

Bununla belə, o, 170 milyard dollar sərvətlə dünyanın ən zəngin
şəxs olmaqda davam edir.

İkinci yerdə 157 milyard dollar vəsaitlə LVMH brendinin sahibi
Bernar Arno yer alır.

Bir müddət dünyanın ən zəngin şəxsi olmuş Ceff Bezos (Amazon)
isə il ərzində 76 milyard dollar itirərək 116 milyard sərvətlə
dördüncü pilləyə geriləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir