İran prezidenti yol və şəhərsalma nazirinin istefasını qəbul edib

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi xəstəliyinin ağırlaşması səbəbi
ilə yol və şəhərsalma naziri Rüstəm Qaseminin istefa ərizəsini
qəbul edib.

Bu barədə Trend İran prezidentinin informasiya portalına
istinadən məlumat verib.

Məlumata görə, İranın yol və şəhərsalma nazirinin
səlahiyyətlərini nazir müavini Şəhriyar Əfəndizadə icra edəcək.

Qeyd edək ki, Rüstəm Qasemi İran və Azərbaycan Hökumətlərarası
Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri idi.

Xatırladaq ki, İran KİV-də Rüstəm Qaseminin şəxsi görüntüləri
yayılmışdı. Bundan sonra isə Rüstəm Qasemi istefa ərizəsi
yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir