İsrailin dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə
qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd
edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan
Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir
addımdır.

Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin
Prezidenti İsxak Hersoqa minnətdarlığını bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, İsraildə Azərbaycan
səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq
əlaqələrini daha da gücləndirir.

Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif
aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir
mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir