Ombudsman Sarıbabada aşkarlanmış mina sahəsi ilə bağlı müraciət yayıb

Bakı. Trend:

Ombudsman Aparatı Sarıbabada aşkar edilmiş mina sahəsi ilə bağlı
açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan
minatəmizləmə tədbirləri nəticəsində cari il noyabrın 21-də
Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı
dəstələri tərəfindən basdırılmış və 2021-ci ildə Ermənistanda
istehsalı olunan 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi
aşkar edilib.

Minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil
verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq,
Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik
edərək bu istiqamətdə heç bir əməli addım atmır.

Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsindən sonra
yüzlərlə mülki şəxs Ermənistan tərəfindən ərazilərimizdə
basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və ya ağır
xəsarətlər alıb.

Ombudsman regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə
vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda
həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi
köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaradan
bu əməlləri kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları
Ermənistanına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə
çağırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir