“Paşa Bank”ın aktivləri artıb – Bəhruz Nağıyev

Bakı. Trend:

2022-ci ilin birinci rübündə “Paşa Bank”ın aktivləri ötən ilin
eyni dövrü ilə müqayisədə 15,7 faiz artıb.

Trend-in
məlumatına görə, bunu bu gün bankın İdarə heyətinin sədr müavini
Bəhruz Nağıyev deyib.

Onun sözlərinə görə, bu göstərici 7,434 milyard manatı ötüb.

“Bankın kredit portfeli 2,587 milyard manatdan bir qədər çox
olub. Müştərilər qarşısında öhdəliklər 6,86 milyard manatı ötüb”, –
deyə o bildirib.

B.Nağıyev əlavə edib ki, “Paşa Bank”ın korporativ seqment üzrə
dövriyyəsi təxminən 17 milyard manat, KOB seqmenti üzrə 1,772
milyard manatdan çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir