Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə
10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm
civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər
saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti,
dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir