Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən
aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də
Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı
dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar
edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci
ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada
əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət
olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin
minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir