Solomon adalarında 7,3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Sakit Okeanın cənub-qərbində yerləşən Solomon adalarında 7,3 bal
gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Honq Konq Rəsədxanası
Seysmoloji Şəbəkə bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Çin vaxtı ilə saat 10:03-də
qeydə alınıb.

Zəlzələnin episentri Honiaradan 56 km aralıda (əhali təxminən 65
min nəfər) yerləşib. ABŞ Geoloji Xidmətinin məlumatına görə,
yeraltı təkanların ocağı 13,6 km dərinlikdə ocağı. ABŞ Milli Sunami
Xəbərdarlıq Mərkəzi sunamı dalğası təhlükəsi barədə xəbərdarlıq
verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir