Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, telefon danışığı zamanı Rusiya,
Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın
31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin
yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq
icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan
sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda
nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin
davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də
müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir