Xaçmazda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd
edilib.

Tədbir iştirakçıları Xaçmaz şəhərinin mərkəzində ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla
anıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə
işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanda
dövlət müstəqilliyi bərpa olunduqdan və ulu öndər Heydər Əliyev
ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən
ədliyyə orqanlarında işin müasir tələblər səviyyəsinə qaldırılması
istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. İcra başçısı
bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan
ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.

Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev insan hüquqlarının
etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi
istiqamətində görülən işlərdən bəhs edib.
Çıxış edən digər yerli hüquq mühafizə orqanların rəhbərləri ədliyyə
işçilərini təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonda bir qrup ədliyyə işçisinə fəxri fərmanlar təqdim
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir