Yəmənin cənubunda husilər limana hücum edib

Bakı. Trend:

Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı milanmış
pilotsuz uçuş aparatlarının köməyi ilə ölkənin cənubundakı
Hədramaut vilayətində yerləşən Əd-Dəbbə limanına hücum edib.

Trend-in məlumatına görə, bu barədə “Al Mashhad” xəbər portalı
ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Yəmənin hava hücumundan müdafiə sistemləri
husilər tərəfindən dəniz limanına atılan bir neçə pilotsuz uçan
aparatı dəf edərək vurub. Uçuş aparatlarından biri neft
platformasına düşüb, maddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir