Aleksandar Vuçiç: Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir

Bakı. Trend:

Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham
Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki,
sadiq bir tərəfdaşdır.

Trend xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar
Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda
keçirilən mətbuat konfransında bildirib.

Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan və Prezident İlham
Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq
tərəfdaşdır: “Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun
sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə
inanırıq, onun sözü imzasına bərabərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir