“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil şəhərciyin
salınması istiqamətində işlər artıq yekunlaşdırılıb. Mobil
şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar,
mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb.

Bu barədə İZİA-dan bu gün Trend-ə bildirilib.

Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və
abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında
günəş enerjisindən qidalanan Azərbaycan istehsalı olan panellərdən
istifadə edilir. Bundan başqa, mobil şəhərcikdə günəş enerjisindən
qidalanan oturacaqlar quraşdırılıb. Bu oturacaqlardan istifadə
etməklə mobil cihazları enerji ilə təmin etmək mümkündür.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi,
anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR
parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların
təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir