Avropa Parlamentinin internet saytı “DDOS”-hücuma məruz qalıb

Bakı. Trend:

Avropa Parlamentinin saytına bir müddət əvvəl “DDOS”-hücumu
səbəbindən daxil olmaq çətinləşmişdi.

Trend xəbər verir ki, bunu çərşənbə günü özünün “Twitter”
səhifəsində Avropa Parlamentinin nümayəndəsi Jaume Duk yazıb.

“Kənardan Avropa Parlamentinin saytına daxil olmaq şəbəkə
trafikinin yüksək səviyyədə olması səbəbindən çətindir”, – deyə
J.Duk bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin mütəxəssisləri bu
problemi aradan qaldırmaq üçün çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir