Azərbaycan Ordusunun guya atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır – MN

Bakı. Trend:

Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı
qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan
Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı
tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun
deyil.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə
təkzib edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir