Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Fergus Auldla görüş keçirilib.

Səhiyyə Nazirliyndən bu gün Trend-ə verilən məlumata görə,
qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Fergus Auldu
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik
edib. Nazir Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik
inkişaf tendensiyasına malik olduğunu vurğulayıb. Onun sözlərinə
görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli
rasional münasibətlər mövcuddur.

Teymur Musayev Böyük Britaniyada səhiyyə sektorunun çox yüksək
səviyyədə olduğunu, bu ölkənin səhiyyə sisteminin (National Health
Service – NHS) isə dünyada ən səmərəli təşkil edildiyini qeyd edib:
“Britaniya səhiyyəsi innovativ avadanlıqların klinik praktikaya
tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilir.
Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin
keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislərin buraxılması ilə
məşhurdur. Belə ki, bu ölkənin üç tibb məktəbi dünyanın ən yaxşı
tibb universitetlərinin ilk onluğundadır”.

Nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha
da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində səfir Fergus Auld Böyük Britaniyanın Azərbaycanla
münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd
edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin
səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı
fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Fergus Auld
postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın
genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı
səhiyyə və tibb elmi sahəsində Azərbaycan və Böyük Britaniya
əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları
müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir