Azərbaycan XİN İsrailə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən
partlayışla bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan XİN
“Twitter”də paylaşım edib.

“Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə
sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və
təzahürlərini qəti şəkildə pisləyir”, – deyə paylaşımda
bildirilib.

Xatırladaq ki, İsrailin Qüds şəhərində avtobus dayanacaqları
yaxınlığında törədilmiş partlayışlar nəticəsində ümumilikdə 18
nəfər yaralanıb, bir nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir