Azərbaycanın dayanıqlı inkişafında qadın sahibkarlığının rolu böyükdür – Orxan Məmmədov

Bakı. Trend:

Azərbaycanın dayanıqlı inkişafında qadın sahibkarlığının rolu
böyükdür.

Trend-in
məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Üfüqdə
fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı
deyib.

“Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən,
sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət
dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza,
məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər. Agentlik
artan dinamika ilə irəliləyən qadın sahibkarların fəaliyyətlərini,
ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək
qiymətləndirir və onları hər zaman dəstəkləyəcəyək”, – deyə o
bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabr ayından KOBİA və
“Rabitəbank” ASC–nin birgə təşkilatçılığı ilə “Biznesdə Qadınların
Gücü” adlı layihəyə start verilib.

“Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı
rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının
artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış
imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına
şərait yaradılmasıdır. KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf
Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə
4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq
istəyən qadın yararlanıb”, – O Məmmədov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir