Azercell kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazanıb

Bakı. Trend:

Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası
müxtəlif nominasiyalar üzrə mükafata layiq
görülüb

Ölkənin lider mobil operatoru “Azercell Telekom” reklam və
marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən
“Felis Azərbaycan” tərəfindən yüksək dəyərləndirilib. İstanbulda
təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə
etmişdir. Beləliklə, Azərbaycandan qatılan “Azercell” həyata
keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq
görülmüşdür:

  • “İstəSən” tarifi kampaniyası: iki qızıl və iki gümüş
    mükafat
  • “Azercell 25 il” kampaniyası: üç gümüş
    mükafat
  • “Nizami Gəncəvi İli” kampaniyası: iki bürünc
    mükafat

Qeyd edək ki, “Felis Mükafatları” 17 ildir ki, Türkiyədə reklam
və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından
fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci
ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilmişdir. Ölkəmizdə
fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı
şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak
edirdilər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və
dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan “Azercell
Telekom”un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi
təqdirəlayiq haldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir