Bakıda bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bakı. Trend:

24-26 noyabr tarixlərində Binəqədi rayonu, “Baksol” yolunda
aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti
müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu
səbəbdən 71 nömrəli marşrutun fəaliyyəti tətbiq edilən
məhdudiyyətlərə uyğun olaraq Koroğlu NMM – “Baksol” yolu
(məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil
ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir