DÇ-2022: İspaniya milli Kosta-Rika yığmasını darmadağın edib

Bakı. Trend:

Bu gün futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatının qrup
mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Trend xəbər verir ki, E qrupunda yer alan İspaniya millisi və
Kosta-Rika yığması qarşılaşıblar. Oyun ispanların böyükhesablı
qələbəsi ilə yekunlaşıb – 7:0.

Oyunda qolları Dani Olmo (11-ci dəqiqə), Marko Asensio (21),
Ferran Torres (31, 54), Qavi (74), Karlos Soler (90) və Alvaro
Morata (90+2) vurublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir