İsmayıllıda ev yanıb

Bakı. Trend:

İsmayıllı rayonunun Cülyan kəndində ümumi sahəsi 6 m² olan
köməkçi tikilinin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi
45 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin ikinci
mərtəbəsində 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dam
örtüyü 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan
hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir