Kamran Həbibov “Logitrans İstanbul” beynəlxalq nəqliyyat və logistika sərgisində bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

15-17 noyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul
şəhərində “Logitrans İstanbul” beynəlxalq nəqliyyat və logistika
sərgisi keçirilib. Sərgidə müxtəlif beynəlxalq və regional
nəqliyyat və logistika şirkətləri iştirak edib.

Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyanın sədri
Kamran Həbibov həmin sərgidə müxtəlif ölkələrin dəmir yol
operatorları, hava nəqliyyat daşıyıcıları, avtodaşıyıcıları ilə
görüşlər keçirib.

Ölkəmiz üzərindən tranzit daşınmlarının artıırılması məqsədi ilə
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası da öz
addımlarını atır. Azərbaycanın tranzit potensialı, dünyada gedən
proseslərin logistika sahəsində yaradan çağırışlar və imkanlar
haqqında mütamadi məlumat mübadiləsi məqsədi ilə Azərbaycan
üzərindən transit daşınmala potensialı olan ölkələrin müvafiq
assosiasiyaları ilə əməkdaşlığa başlamışdır. Sözü gedən sərgidə
ANEŞA və Türkiyənin Nəqliyyat Ekspedisiya və Logistika
Assosiasiyası “UTİKAD” ilə də əməkdaşlıq haqqında memorandum
imzalanmışdır.

Qeyd edək ki, belə memorandumlar bu il ərzində Gürcüstan,
Ukrayna, Türkmənistan, Özbəkistan və Kazaxıstanın müvafiq
assosiasiyaları ilə imzalanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir