“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

Bakı. Trend:

23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris
Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC”
və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə
“Nefrologiyada müasir çağırışlara yeni baxış”
mövzusunda Beynəlxalq Elmi Konfrans
keçiriləcək.

Konfransda “Nefrologiyanın müasir klinik aspektləri”,
“Hemodializdə sıx rast gəlinən problemlər” və “Nefrologiyanın
müzakirəli mövzularına yeni baxış” başlıqlı 3 paneldə ümumilikdə 11
məruzə təqdim olunacaq. Məruzələr müvafiq sahənin yerli və
beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim
olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və
panel müzakirələr təşkil olunacaq.

Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid
formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans
nefroloq, uroloq, endokrinoloq, hematoloq, terapevt, kardioloq,
infeksionist, anestezioloq-reanimatoloq, revmatoloq, təcili və
təxirəsalınmaz tibbi yardım və onkoloq ixtisasına malik həkimlər və
rezidentlər üçün nəzərdə tutulmuşdur.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı
və sertifikat veriləcək.

Konfrans əyani 2 çay və 1 nahar fasiləsi olmaqla Holiday İnn
otelində, distant olaraq isə ZOOM platformasında həyata
keçiriləcək. Konfransda iştirak ödənişlidir!

Əyani iştirak edəcək həkimlər üçün iştirak haqqı 50 AZN, əyani
iştirak edəcək rezidentlər üçün isə iştirak haqqı 30 AZN təşkil
edir. Distant iştirak haqqı isə 20 AZN-dir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Əlavə məlumat üçün linkə keçid edə biləriniz:
https://customshospital.az/23-dekabr-nefrologiyada-muasir-cagirislara-yeni-baxis/#gsc.tab=0

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/JoP18UrcWeyEWEes5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir