“Ocaq” beynəlxalq kubokunda mükafatlar qazanmağı arzu edirəm – Gənc gimnast

Bakı. Trend:

Noyabrın 25-27-də Bakıda keçiriləcək 1-ci “Ocaq” beynəlxalq
kubokunda mükafatlar qazanmağı arzu edirəm.

Bunu bu gün Trend-ə “Ocaq Sport” klubunun yetirməsi, gənc gimnast
Güllüzar Şərifova deyib.

Qeyd edək ki, noyabrın 19-20-də Tbilisidə keçirilən “II New Look
Cup” beynəlxalq turnirində Güllüzar Şərifova üç mükafat – halqa ilə
hərəkətlərə görə “qızıl”, çoxnövçülük və alətsiz hərəkətlərdə iki
“bürünc” mükafat qazanıb.

“Beş ildir bədii gimnastika ilə məşğulam, bir neçə yarışda, o
cümlədən Gürcüstanda keçirilən “II New Look Cup” beynəlxalq
turnirində iştirak etmişəm. Şadam ki, yaxşı çıxış etdim və qızıl da
daxil olmaqla üç mükafat qazandım”, – deyə o bildirib.

Gimnast əlavə edib ki, 1-ci “Ocaq” beynəlxalq kuboku yarışlarını
səbirsizliklə gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir