Ölkəmizdə “AzMUN” proqramı çərçivəsində BMT Modeli klubu fəaliyyətə başlayıb

Bakı. Trend:

Azərbaycan Dövlət Memarlıq və İnşaat, Azərbaycan Dillər,
Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin BMT Modeli
klubu fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, klublar Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı tərəfindən Gənclər və İdman Nazirliyi,
Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyinin
tərəfdaşlığı ilə həyata keçirilən “AzMUN” proqramı çərçivəsində
yaradılıb.

Klublar tərəfindən BMT orqanlarının simulyasiyaları həyata
keçiriləcək, eyni zamanda, tələbələr həm müxtəlif ölkələri, həm də
beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar
və müzakirələr aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir