Prezident İlham Əliyev: Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir

Bakı. Trend:

Biz görəndə ki, münaqişənin həlli ilə bağlı bütün səylər, o
cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə
etdik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi bizə bu imkanı
verirdi.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham
Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda
keçirilən mətbuat konfransında söyləyib.

Dövlətimizin başçısı deyib ki, özünümüdafiə haqqı bütün
dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir: “Biz güc yolu
ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və
artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda
qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min
kvadratkilometrdən böyük olan ərazini yenidən qurur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir