Qadın alverində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı. Trend:

Bu gün Ağır Cinayətlər Məhkəməsində qadınları xaricxi ölkələrə
aparıb orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elnarə
Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin
hökmü ilə E.Məmmədova 8 il 6 ay azadlıqdan məhrum edilib. Lakin
himayəsində azyaşlı uşaq olduğundan onun barəsindəki hökmün icrası
təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili
İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
saxlanılıb.

O, insan alverində təqsirli bilinib.

E. Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan
alveri qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə)
maddəsilə ittiham elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir